Milli İdman Tibb və Reabilitasiya İnstitutunun nəzdində olan laboratoriya 2014-ci ildən fəaliyyətə başlayıb. Laboratoriyamizda müxtəlif növdə laborator müayinələr həyata keçirilir. Laboratoriya bir çox ölkələrin aparıcı şirkətlərinin istehsalı olan yüksək texnologiyalı və keyfiyyətli avadanlıqlarla təchiz olunub. Laboratoriyamizda bütün növ kliniki, biokimyəvi, immunolojı, mikrobiolojı və s. analizlər olunur.
Laborator analizlər ən son texnologiyalar və metodikalardan istifadə edilərək, beynəlxalq protokollara əsaslanaraq icra edilir və nəticələrin dəqiqliyi kontrol müayinələr vasitəsilə nəzarətdən keçirilir.
Pasiyentlərimizin məmnuniyyəti və rahatlığı məqsədilə evdə nümunə alma xidməti yaradılmışdır.