• Telefon
    +994 (12) 525-83-07/09/10
  • İş saatları
    Bazar ertəsi-Cümə 08:00 - 20:00
  • Ünvan
    Olimpiya küç. 4A, Bakı, Azərbaycan
Image
Shape
Shape
Shape

Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutu

Milli İdman Tibb və Reabilitasiya İnstitutu 2014-cü ilin avqust ayında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə təşkil edilib. Onun təşkili Azərbaycan idmançılarının 2015-ci ilin Yay Avropa Oyunlarında iştirakının hazırlığına təsadüf etmişdir. İnstitutun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, gənclər və idman naziri Azad Rəhimov iştirak edib.

İnstitutun əsas fəaliyyət istiqaməti yüksək nailiyyətlər idmanının inkişafına hərtərəfli dəstək, ölkəmizin milli bayrağının rənglərini qoruyan idmançıların tamdəyərli məşqlərə və idman yarışlarında iştirak etmək üçün maksimal tez və təhlükəsiz şəkildə qayıtmaq imkanı ilə onlar üçün bərpa müalicəsindən ibarətdir. İnstitutun açılışı idman sahəsində nəticələrin yaxşılaşdırılması və idmanda təhlükəsizliyin artırılması üçün həkim-məşqçi əməkdaşlığında ardıcıllığın beynəlxalq təcrübəsinin əldə edilməsi məqsədi ilə idman təbabəti, biomexanika, optik kinematika və digər sahələr üzrə milli tibb kadrlarının hazırlanması prosesini prinsipial olaraq yeni müasir səviyyədə davam etdirməlidir.

İnstitutun işinin mühüm elementi yüksək ixtisaslı idmançıların və onların ən yaxın ehtiyatının fiziki inkişafı, orqanizmin funksional vəziyyəti, məşq prosesi, travmalardan sonra bərpa, xəstəliklər və müdaxilələr haqqında informasiyanın əldə edilməsi, qoruyub saxlanılması və təhlili üçün “İdmançının tibbi pasportu” məlumat bazasının yaradılmasıdır.

İnstitutda klinik, elmi və tədris struktur bölmələri yaradılıb və fəaliyyət göstərməkdədir.

Məqsədimiz

Ölkə ərazisində idman tibbinin inkişaf etdirilməsi, idmançıların reabilitasiyasının elmi əsaslarla və müasir tələblərə uyğun qurulması, idmanda tibbi-bioloji təminatın hayata kecirilməsi. 

İnstitutunun fəaliyyətinin əsas istiqamətləri: 

  • İdman tibbi və reabilitasiya sahəsində yeni texnologiyaların istifadəsi, elm və texnikanın prioritet sahələri üzrə fundamental və tətbiqi tədqiqatların aparılması;
  • İdman tibbi və reabilitasiya sahəsində elmi, elmi-praktiki, elmi-pedaqoji fəaliyyətin həyata kecirilməsi;
  • Yüksək səviyyəli idmançılara, habelə idmanla məşğul olan şəxslərə ixtisaslaşdırılmış tibbi xidmətin, o cümlədən, konsultataiv, diaqnostik, profilaktik və reabilitasiya yardımının göstərilməsi;
  • İnstitut üçün müəyyən edilmiş elmi istiqamətlərə uyğun mütəxəssis hazırlığının həyata keçirilməsi.