• Telefon
    +994 (12) 525-83-07/09/10
  • İş saatları
    Bazar ertəsi-Cümə 08:00 - 20:00
  • Ünvan
    Olimpiya küç. 4A, Bakı, Azərbaycan
MGİMO-da "Açıq qapı" günü
  • 11.04.2023

MGİMO-da "Açıq qapı" günü

Milli İdman və Tibb Reabilitasiya Elmi-Praktiki İnstitutunun İdarə Heyətinin sədri Xəlilova Səbinə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MGİMO) təşkil edilən “Açıq qapı” günündə iştirak edib. bunlar isə Akademiyada təhsilin keyfiyyətinin yüksəldilməsi hesabına mümkün olub.
Rusiya Beynəlxalq Olimpiya Universitetinin elmi işlər üzrə prorektoru, Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquq fakültəsinin “İnzibati hüquq” kafedrasının müdiri və hüquq üzrə elmlər doktoru olan Nikolay Peşin həmçinin “İdman menecmenti” magistr proqramının müəllimidir. Nikolay Peşin öz çıxışında bildirmişdir ki, idman infrastrukturlarının inkişafı və idman sahəsində olan maarifləndirici, faydalı və s. tədbirlərin çoxluğu müsbət haldır. Bundan başqa Peşin həmin proseslərin idman sahəsində ixtisaslı mütəxəssislərə, peşəkar kadrlara da xeyli tələbat yaratdığını qeyd edib. O bildirib ki, bu istiqamətdə görülən tədbirlərin həm nəzəri, həm də praktiki cəhətdən tam təmin olunması xüsusilə diqqət olunmalı məsələlərdən sayılır.