• Telefon
    +994 (12) 525-83-07/09/10
  • İş saatları
    Bazar ertəsi-Cümə 08:00 - 20:00
  • Ünvan
    Olimpiya küç. 4A, Bakı, Azərbaycan
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutunda
  • 26.10.2023

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutunda

23 oktyabr 2023-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və Mərkəzi Gömrük Hospitalının əməkdaşları Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutunda işgüzar görüşdə olublar. 

Onlar Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutunda mövcud olan tibbi imkanlar və fəaliyyət istiqamətləri ilə tanış olub. Görüş zamanı Tibbi Xidmət İdarəsi və Mərkəzi Gömrük Hospitalının Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutu ilə mümkün əməkdaşlıq imkanları, qarşılıqlı sosial fəaliyyətlərin gerçəkləşdirilməsi müzakirə olunub, həmçinin əməkdaşlıq memorandumunun imzalanması kimi məsələlər müzakirə edilib.